“HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.
Stopnarkotik.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 1104 sakin yaralanıb.
***18:15
İsrail ərazisinin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd olunub ki, İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 100, yaralananların sayı 900 nəfərə çatıb.
***13:48
HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər həlak olub
HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Yaralanan şəxslərdən 70-nin vəziyyətinin ağır olduğu bildirilib.
***12:50
HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
“The Times of Israel” xəbər verir ki, HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir.
Təşkilatın üzvləri artıq sərhəddə yerləşən Sderot qəsəbəsinə və digər ərazilərə sızıblar. Ərazilərdə toqquşmalar yaşanır.
Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.
***11:46
İsrail ərazisinə Qəzza zolağından atılan raketlərdən sonra 80-ə yaxın yaralı ölkənin cənubundakı Beer-Şeva şəhərindəki “Soroka” xəstəxanasına aparılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Bildirilib ki, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.