Xəbər verdiyimiz kimi, 14 Azərbaycan vətəndaşının HƏMAS terror qruplaşmasının əsirliyində olması ilə bağlı məlumat yayılıb.
Stopnarkotik.az xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə xəbəri təkzib edib və məsələnin araşdırıldığını deyib:
"Girovlar barədə məlumat öz təsdiqini tapmayıb. Səfirliyimiz məsələni araşdırır".
Hərbi əməliyyatlar zamanı həyatlarını itirmiş azərbaycanlıların siyahısını təqdim edirik:
1. Şamil Abbasov (İsrail vətəndaşı)
2. Emin Axundov (eyni zamanda Azərbaycan vətəndaşıdır)
3. İlkin Nəzərov (eyni zamanda Azərbaycan vətəndaşıdır)
4. Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir)
5. Roman Gandel (İsrail vətəndaşı)
6. Eden Abdullayev (İsrail vətəndaşı)
7. Emil Samuyelov (vətəndaşlıq dəqiqləşdirilir).
***10:42
14 Azərbaycan vətəndaşı HƏMAS terror qruplaşmasının əsirliyindədir.
Bu barədə "Guney Azfront" teleqram kanalı məlumat yayıb.
HƏMAS terror qruplaşması son hücumları nəticəsində həlak olan və itkin düşən məhbusların siyahısını 44 ölkə vətəndaşının daxil olduğu “Əl-Əqsa fırtınası” adlı milliyət təsnifatı ilə təqdim edib.
Siyahıya əsasən, HƏMAS terrorçuları İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüblər, 1 nəfər isə itkin düşüb.//News24.az