Hikmət Hacıyev Gəncə terroru ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 oktyabır Gəncə terroru ilə bağlı “X” platformasında paylaşım edib.

Stopnarkotik.az xəbər verir ki, paylaşımda deyilir:

"2020-ci il oktyabrın 4-də Azərbaycanın Gəncə şəhəri və onun mülki əhalisi Ermənistan tərəfindən atılan Skad ballistik raketləri ilə vurulub. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin istifadə olunduğu ilk hadisə idi. Məqsəd isə dinc əhali arasında kütləvi qətl və terror yaratmaq idi”.