Həftəsonu, 22-23 iyulda baş verən yol-nəqliyyat hadisələrində 11 nəfər ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, həmin müddətdə avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.