Həbsdə olan vəkil Sümbülə Əliyevaya cəza istənildi

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Sümbülə Əliyevanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı çıxışında Sümbülə Əliyeva barəsində Cinayət Məcələsinin 62-ci (sanksiya həddindən aşağı həddə) cəza verilməsini tələb edib.

Proses iyulun 8-də davam edəcək.

Qeyd edib ki, Vəkilər Kollegiyasının yoxlamaları onun iştirakı olmadan keçirilib, yoxlamaların nəticələri barədə akt ona verilməyib.

Daha sonra S.Əliyeva dövlət ittihamçısı Ziya Mansurovun suallarını cavablandırıb.

Proses iyunun 24-də davam etdiriləcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək prosesin gedişində barəsində həbs qətimkan tədbiri seçilib.