Hande Erçelin narkotik testinin nəticəsi bəlli oldu

Türkiyədə narkotik əməliyyatı çərçivəsində ifadə verən, qan və saç nümunələri götürülən məşhur aktrisa Hande Erçelin test nəticələri açıqlanıb.

"Haber Global"in məlumatına Məlumata görə, Ədliyyə Tibb Qurumunda aparılan testlərdə narkotikdən istifadəyə dair heç bir dəlil tapılmayıb və nəticə neqativ çıxıb.

Qeyd edək ki, Hande Erçel ifadəsində həyatı boyu heç vaxt narkotikdən istifadə etmədiyini, sənəddə qeyd olunan məkanlara yalnız işgüzar görüşmələri üçün getdiyini və özəl məclislərdə iştirak etdiyi iddiaları ilə heç bir əlaqəsinin olmadığını bildirmişdi.

Xatırladaq ki, istintaq çərçivəsində barəsində saxlanılma qərarı verilən və İngiltərədə olduğu müəyyən edilən türkiyəli məşhur aktrisa Hande Erçel Türkiyəyə qayıdarkən saxlanılmış, ifadə verdikdən, qan və saç nümunələri götürüldükdən sonra sərbəst buraxılmışdı.