“Gürcüstanın hərbi yolla ələ keçirilmək təhlükəsi var” – SAAKAŞVİLİDƏN SENSASİON AÇIQLAMA

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyanı tərk etməyəcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.

“Exo Kavkaza” xəbər verir ki, Saakaşvili bu bəyanatı Gürcüstanın hərbi yolla ələ keçirilməsi üçün birbaşa təhlükə olduğunu hesa edir.

“Biz çoxlu sayda hava hücumundan müdafiə sistemlərinin və tank əleyhinə sistemlərin təhvil verilməsini tələb etməliyik! Biz təcili olaraq rusların Gürcüstana axınını dayandırmalıyıq. Biz ölkə daxilində bütün əsas qruplarla ümumi dil tapmağı bacarmalıyıq, nifrət alətindən əl çəkməliyik, çünki daxili qarşıdurma təcavüzkarın işini xeyli asanlaşdırır”, - Saakaşvili bildirib.

O, hesab edir ki, Rusiyaya qarşı “sadiq siyasət” ölkəni yeni təcavüzdən sığortalamır: “Əbəs yerə kimsə düşünür ki, ruslara göz dikməklə və onların tapşırıqlarını səssizcə yerinə yetirməklə biz birbaşa müdaxilədən qaçacağıq. Ruslara simvollar lazımdır və belə bir simvol onun (rusun) 2008-ci ildə əldə edə bilmədiyi şeydir - Tbilisinin mərkəzinə rus əsgərinin daxil olması və burada Rusiya bayrağı qaldırılması”.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, “Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Transqafqazdan sıxışdırmaq niyyətini gizlətmir. Bu işləməyəcək. Biz tarixən buradayıq və heç yerdə yox olmayacağıq. Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox yaxşı bilirlər”.