Gürcüstanın yüksək dağlıq ərazisində yerləşən Şovi kurort bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Stopnarkotik.az xəbər verir ki, xilasedicilər daha 21 nəfərin axtarışlarını davam etdirirlər.
Avqustun 3-də Şovidə irimiqyaslı torpaq sürüşməsi baş verib. Nəticədə körpülərə və yollara, həmçinin turist kotteclərinə və otelə ciddi ziyan dəyib. Xilasetmə əməliyyatında 4 helikopter, həmçinin 400 yanğınsöndürən və xilasedici iştirak edir. Təbii fəlakət bölgəsindən indiyədək 210 nəfər təxliyə olunub.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili avqustun 7-ni respublikada matəm günü elan edib.