Gürcüstanda 5 partiya bariyeri keçib - "GÜRCÜ ARZUSU" ÖNDƏDİR / YENİLƏNİB

Gürcüstan Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin 99,646%-də (3100 məntəqə) səslərin sayılmasını başa çatdırıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, nəticələrə əsasən, hakim partiya bütün səslərin 54,09%-ni əldə edib.

Partiyaya 1 117 480 seçici səs verib. 4 əsas müxalifət koalisiyası isə birlikdə 37,58% səs qazanıb.

*** 22:42

Hazırda MSK-da mövcud olan məlumatlara görə, parlament seçkilərində “Gürcü arzusu” 52,94 faizlə öndədir. 

Stopnarkotik.az xəbər verir ki, 2206 seçki məntəqəsinin nəticələrinə görə, beş partiya 5 faizlik baryeri keçib. “Gürcü arzusu” – 52,99 faiz - (935 004 səs); “Dəyişiklik üçün koalisiya” – 11.2 faiz - (197 619 səs). “Birlik – Milli Hərəkat” – 9.83 faiz - (173 510 səs) Güclü Gürcüstan” – 9.2 faiz - (159 306 səs) “Gürcüstan üçün” – 8.22 faiz - (145 205 səs).

Qeyd olunur ki, ümumi 3111 məntəqənin demək olar ki, 75 faizi hesablanıb.