Gənclər təşkilatı sonuncu layihəsini Astarada icra edib - FOTO

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “ Erkən nikahların ailə instituna təsiri” adlı sonuncu tədbirini Respublikamızın Astara rayonunda həyata keçirib.

Stopnarkotik.az xəbər verir ki, 23 iyun 2026 – cı il tarixində rayon Gənclər evində keçirlən tədbiri güriş sözü ilə Gənclər evinin drektoru Emil Məmmədzadə açaraq iştirakçıları salamladı və Şəhidlərimizi xatirəsi bir dəqidəlik sükutla yad edildi. Emil Məmmədzadə çıxışında bu mövzunun çox aktual olduğunu, bu kimi tədbirlərin keçirilməsini məqsədə uyğun olduğunu qeyd etdi.

Layihənin rəhbəri Tələt Qəribov mövzu haqqında geniş məruzə ilə çıxış etdi. O çıxışında qeyd etdi ki, bu sahədə görülən tədbirlərə və qadağalara baxmayaraq ölkəmizdə yenə də erkən nigahlara rast gəlinir.

Astara rayon 5 saylı tam orta məktəbin psixolqu Münəvvər Qənbərova çıxışında erkən nigahların fəsadları barədə geniş məruzə ilə çıxış etdi.

O qeyd etdi ki, erkən nigah zamanı həm ananın, həm də uşağın sağlamlıqlarında psixoloji problemlər yarana bilər.

Rayon Veteranlar Təşkilatının sədri, təqaüddə olan polis poklovmi- leytenantı Rafıq Əliyev bu kimi problemlərin daim rayon hüquq- mühafizə orqanlarının nəzarətində olduğunu qeyd etdi.

Astara rayon Ağsaqqallar şurasının sədri Natiq İbadov çıxışında tədbir iştitirakçılarına öz məsləhətlərini verdi.

Tədbir çay süfrəsi ətrafında müzakirələrdən sonra başa çatmışdır.

**

**