Gəncə şəhərində azyaşlı qonşusuna məxsus avtomobili qaçıraraq yol nəqliyyat hadisəsi törədib.
Stopnarkotik.az xəbər verir ki, şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədov qonşusunun evinin qarşısında saxladığı “Vaz 2107” markalı avtomobili qaçırıb.
O, avtomobili bir müddət idarə edib, sonra şəhərin başqa yerində idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra fərdi yaşayış evinin hasarına və darvazasına çırpılıb.
Nəticədə xəsarəti alan şəxs xəstəxanaya yerləşdirilib.