Gəncə sakini həyat yoldaşının qulağını kəsib

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü G. Allahverdiyeva qulağının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadına dərhal yardım edilib. Məlumata görə, qadını həyat yoldaşı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.