Rusiyalı hokkeyçi Yevgeni Xvalko 17 yaşında vəfat edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb. "Kuzbass"ın gənclərdən ibarət komandasının oyunçusunun ölümünə səbəb gənə dişləməsindən sonra başlayan ensefalitdən yaranan fəsadlar olub. Həkimlər bir neçə həftə Xvalkonun həyatda qalması üçün mübarizə aparıblar.
17 yaşlı xokkeyçi idman növü üzrə Rusiya və Belarus yığmalarında çıxış edən Yevgeni Xvalkonun oğlu olub. 2023-cü ilin aprelində Yevgeni yeniyetmələr arasında Rusiya çempionatının qalibi olub.