FTB 1,2 TON KOKAİN ƏLƏ KEÇİRDİ - 13 milyardlıq narkotik Belçikadan gələn konteynerlərdə aşkarlanıb / FOTOLAR

Avropadan Rusiyaya iri kokain partiyası axını baş tutub.

Stopnarkotik.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, növbəti nəhəng kokain partiyası Peterburqda müsadirə olunub.

Məlumata əsasən, Federal Təhlükəsizlik Bürosunun (FTB) əməkdaşları şəhər limanında 1,2 tondan çox kokaini ələ keçiriblər.

13 milyard rublluq narkotik partiyası Belçikadan gələn konteynerlərdə aşkarlanıb. Bu, bir ay ərzində Peterburqda aşkarlanan ikinci iri kokain partiyasıdır.

Yanvarın əvvəlində Nikaraquadan gələn konteynerdə 11 milyard rublluq kokain partiyası aşkarlanmışdı.

Xatırladaq ki, Nikaraqua Krımın 2014-cü ildə Rusiyaya birləşməsini tanıyan yeganə Latın Amerikası ölkəsidir. 2023-cü ilin sonunda Sankt-Peterburqda Belçikadan gətirilən 100 kiloqramdan çox kokain tutulmuşdu. Sentyabrda isə Latviyadan gələn gəmidə 8 kiloqram kokain aşkarlanmışdı. Həmçinin, iyunda da Avropadan keçərək Afrikadan Özbəkistana gedən banan refrijeratorlarında 50 kiloqram aşkarlanmışdı.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az