Fransada Apellyasiya Məhkəməsi yol patrulunun tələblərinə əməl etmədiyi bəhanə gətirilərək 17 yaşlı əlcəzairsilli yeniyetməni güllələyərək öldürən polis məmurunun həbsi barədə qərarı qüvvədə saxlayıb.
Stopnarkotik.az trend-ə istinadən xəbər verir ki, iclasda videobağlantı vasitəsilə iştirak edən polis əməkdaşının həbsxana kamerasından azadlığa buraxılması məsələsi qərara alınıb.
Qeyd edək ki, iyunun 27-də Parisin ətrafı Nanter qəsəbəsində 17 yaşlı sürücü yol polisitərəfindən qətlə yetirilib. Bu hadisə bütün ölkədə iğtişaşlara səbəb oldu.