Ermənistanın mina terroru nəticəsində qurbanların sayı 331 nəfərə çatıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün X sosial şəbəkə hesabında yazıb.
“Mina terrorunun, xüsusilə dinc sakinlər arasında günahsız qurbanların sayı artmaqda davam edir. 10 noyabr 2020-ci il tarixindən etibarən mina qurbanlarının sayı 331 nəfərə çatıb”, - paylaşımda deyilir.