“Ermənistanda sülh dövründə orduda ölənlərin sayı dinamik şəkildə artır”.
Bu barədə Ermənistan Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Andranik Yeqoyan xəbər verib.
“Sülh dövründə orduda ölənlərin, o cümlədən intihar edənlərin sayı dinamik şəkildə artmaqdadır”, - deyə Yeqoyan bildirib.
“Bu, silahlı qüvvələrdə nizam-intizamla bağlı ciddi problemlərin olduğunu göstərir. Əgər 2022-ci ildə 64 ölüm hadisəsi baş veribsə, 2023-cü ildə daha çox ölüm qeydə alınıb”, - o əlavə edib.