Ermənistan təhlükəsizlik qüvvələrinin arxiyepiskop Mikael Ajapakhyanı saxladığı barədə məlumatlar təsdiqini tapmayıb.
“Sputnik Armenia”-nın verdiyi xəbərə görə, Mikael Ajapakhyan hələ də Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahındadır.
Hazırda gərginlik qalmaqdadır, əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunur.
Mikael Ajapakhyan isə bildirib ki, gizlənmir və təhlükəsizlik qüvvələri ilə birlikdə getməyə hazırlaşır.

***12:24
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar.
Bunu bütün ermənilərin katolikosu II Qaregin bildirib.
II Qaregin deyib ki, Erməni kiləsində axtarışlar və Mikael Ajapakhyanın saxlanılması ilə bağlı atılacaq addımlarla əlaqədar qərar verəcəklər: “Mikael Ajapakhyan indi vəkilimizlə gedəcək, biz keşişlərin iclasının keçirildiyi iqamətgaha qayıdacağıq. Müzakirə aparıb qərar qəbul edəcəyik".
*** 12:03
Erməni Kilsəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə keşişlər arasında toqquşma baş verib.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

***11.42
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlıları erməni kilsəsinin başçısının iqamətgahının ərazisinə daxil olublar.
Bu barədə yerli KİV məlumat yayıb.
Bütün ermənilərin katolikosu II Qaregin özü təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb.
Jurnalistlər ərazidən uzaqlaşdırılıb.
Bundan əvvəl Eçmiədzinin polis rəisi kilsəyə gəlib.
Bütün ermənilərin katolikosu II Qareginin ruhanilərlə toqquşmanın qarşısını almaq üçün xüsusi təyinatlıların qarşısına çıxıb.
Hazırda tərəflər arasında müzakirə aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında 30-a yaxın maskalı şəxs Şirak Yeparxiyasının binasına daxil olub./apa
