Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.