ERMƏNİ SİLAHLILARI AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ ATƏŞƏ TUTUB - Rəsmi açıqlama

Avqustun 20-si saat 00:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.