Ədliyyə Nazirliyində yeni təyinat olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Cahangir Hacıyev nazirliyin İnsan resursları idarəsinə rəis təyin edilib.
Qeyd edək ki, C.Hacıyev 2012-ci ildən bu vəzifəyə təyin olunanadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar, İnsan resurslarının idarəedilməsi, Elektron sənəd dövriyyəsi şöbələrində müdir müavini vəzifələrində çalışıb.