Ədliyyə naziri rəisi işdən çıxardı

Ədliyyə Nazirliyinin Nəzdində Təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin rəisi işdən çıxarılıb.

"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə 2008-ci ildə sözügedən vəzifəyə təyin edilən Həsən Ayaz oğlu Tahirov işdən azad olunub.

Elsevər Bəşarəddin oğlu Xəlilov isə Ədliyyə Nazirliyinin Nəzdində Təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin rəis əvəzi təyin edilib.