Cocuq Mərcanlıda yanğın törədən saxlanıldı

Yanvar ayının 7-də Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, araşdırmalarla yanğının 66 yaşlı F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib. 

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.