Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda aparılan əməliyyat zamanı saxlanılan bəzi şəxslərin adları məlum olub.
Stopnarkotik.az xəbər verir ki, saxlanılanların Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və "Azərişıq" ASC-nin Cəlilabad şöbəsinin rəisi Səttar Heydərov olduğu bildirilir.
***19:10
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirir.
Stopnarkotik.az bu barədə apa-ya istinadən xəbər verir.
Məlumata görə, əməliyyat nəticəsində Cəlilabada Şəhər Bələdiyyəsinin sədri və rayonun baş memarı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.