Bəzi şəxslərin fotolarını yandıran şəxs müəyyənləşdirildi - RƏSMİ

Sosial şəbəkə səhifələrində radikal dini təbliğat aparan və bəzi şəxslərin fotolarının yandırılmasını əks etdirən görüntülər yayılıb.

Stopnarkotik.az xəbər verir ki, bununla bağlı report-un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, görüntülər polis əməkdaşlar tərəfindən araşdırılıb.

Əməli törədən əqli qüsurlu şəxs O.Məmmədovdur.

Sağlamlığı ilə əlaqədar müalicə olunur.