Həbsdə olan eks prezident Mixeil Saakaşvili 26 oktyabr parlament seçkiləri ilə bağlı Gürcüstan azərbaycanlılarına müraciət edib.
Stopnarkotik.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Saakaşvili müraciətində deyib: "Mənim əziz həmvətənlərim! Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəli də birgə görüləcək daha çox işlərimiz var. Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. "Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur" və ya "hökumət sizin kimə səs verdiyinizi biləcək" deyənlərə inanmayın. Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin".