Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - PREZİDENTDƏN SƏRƏNCAM

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Stopnarkotik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, 2010-cu ildən icra başçısı olan M.Şəkiliyev ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, vəzifə cinayətlərində şübhəli bilinir.
 

**