Bu ölkədə kokain istehsalı rekord səviyyəyə çatdı

Kolumbiya 2022-ci ildə koka becərilməsi və kokain istehsalı üzrə yeni rekordlara nail olub. 

“Financial Times” bu barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) hesabatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, koka əkin sahələri ötən il 2021-ci illə müqayisədə 13 faiz artaraq 230 min hektara çatıb.

Kokain istehsalı 24 faiz artaraq 1738 tona çatıb ki, bu da son iki onilliyin ən yüksək səviyyəsidir.

"Biz çox narahatıq ki, hər il ölkədə koka bitkilərinin artımı var", - UNODC-nin regional direktoru Kendis Uelş deyib.

Nəşrin qeyd etdiyi kimi, bu tendensiya Kolumbiyanın ilk solçu lideri Qustavo Petrin siyasəti ilə bağlı ola bilər.

O, ölkənin narkotiklərə münasibətini yenidən nəzərdən keçirməyə çağırıb və vurğulayıb ki, Birləşmiş Ştatlar və onun sələfləri tərəfindən tətbiq edilən hərbiləşdirilmiş yanaşma uğursuzluqdur, çünki o, kokaindən istifadəni ictimai sağlamlıq problemi kimi nəzərdən keçirməkdənsə, “yoxsul fermerləri” krimanallaşdırır.

Xatırladaq ki, Kolumbiya dünyada kokainin əsas istehsalçısı və ixracatçısıdır. Dünyadakı koka plantasiyalarının 90 faizdən çoxu And üçbucağında - Kolumbiya, Peru və Boliviyada yerləşir./lent.az