Minlərlə məcburi köçkün dövlət tərəfindən onlara verilən vahid aylıq müavinətdən məhrum olacaq.
Stopnarkotik.az yenisabah.az-a istinadən xəbər verir ki, VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu” avqust ayından etibarən dayandırılacaq. Bununla bağlı Hesablama Palatasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdiyi bildirilir.
Məlumata görə, vahid aylıq müavinətdən məhrum olacaq məcburi köçkünlərin sayı təxminən 50 min nəfəri əhatə edəcək. Onların arasında dərzi, bərbər, ofisiant, pinəçi, satıcı və taksi fəaliyyətilə məşğul olan şəxslər də var.