2024-cü ilin ilk doqquz ayında 36 min 400 nəfərə əlillik təyin olunub.
Bu barədə Stopnarkotik.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, onlardan 18,3 mininə ilkin, 18,1 mininə təkrar əlillik təyinatı aparılıb.
Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.