Britaniyalı həkimlər evtanaziya qanun layihəsini dəstəkləməməyə çağırır – “Sky News”

Böyük Britaniyada mindən çox tibb işçisi parlamenti ölümcül xəstələr üçün evtanaziyaya icazə verən qanun layihəsini dəstəkləməməyə çağırıb.

Stopnarkotik.az bu barədə “Sky News”a istinadla xəbər verir. 

Qanun layihəsi altı aydan az ömrü qalan ömrünü tamamlamış insanların ölümünə yardım edilməsini təklif edir. Evtanaziya üçün müraciəti isə yalnız 18 yaşdan yuxarı sağlam düşüncəli insanlar edə biləcəklər.

Həkimlər ehtiyat edirlər ki, bu qanunla insanları həyatına son qoymağa məcbur olduqları vəziyyət yarana bilər. 

Stopnarkotik.az