Binəqədidə 16 yaşlı oğlan bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

2007-ci il təvəllüdlü Abbasov Nihad Əlizaman oğlu dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.