Bayden əsrin cinayətində ittiham olunur

ABŞ prezidenti Co Bayden oğlu Hunter Baydenin idarə heyətinə daxil olduğu Ukraynanın "Burisma" şirkətinin rəhbərliyi ilə əlaqəsi olmasına görə ittiham edilib.

İttihamı Respublikaçı konqresmen Ronnie Cekson irəli sürüb

Cekson özünün "Twitter" səhifəsində yazıb ki, Federal Təhqiqatlar Bürosunda ukraynalı şirkət rəhbərləri ilə ABŞ-ın hazırkı prezidenti arasında danışıqların audio yazıları varsa, onlar dərhal ictimaiyyətə açıqlanmalıdır. Respublikaçı Baydeni “əsrin cinayəti”ndə ittiham edib və onu ABŞ prezidentləri arasında ən böyük cinayətkar adlandırıb.

Prezidentin oğlu Hanter Bayden bildirib ki, neft-qaz şirkəti "Burisma"nın idarə heyətində çalışmaq daxil olmaqla, Ukraynada qeyri-qanuni fəaliyyətlə məşğul olmayıb.

Bundan əvvəl "New York Post" qəzeti yazmışdı ki, Baydenin oğlunun "Burisma Holdings"də iştirakına görə prokurorluğa şikayət verilib./azvision.az