Baş prokurordan Adnan Əhmədzadə ilə bağlı AÇIQLAMA

Azərbaycanın Baş prokuroru Kamran Əliyev iş adamı Adnan Əhmədzadənin istintaq işi üzrə hər hansı bir əlavə məlumatın verilməsinin məqsədəmüvafiq olmadığını deyib.

Stopnarkotik.az-ın məlumatına görə, jurnalistlərlə söhbətində K.Əliyev deyib ki, açıqlama istintaqı aparan orqan tərəfindən verilib:

"Adnan Əhmədzadənin işi üzrə istintaqı aparan orqan tərəfindən açıqlama verilib. İstintaqın indiki mərhələsində hər hansı əlavə məlumat vermək istintaqın taktikası baxımından məqsədə müvafiq deyil".

Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.