Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə bir nəfərin bank kartından 500 manatının oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən A.Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.