Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.