Bakıda yaşayış binasında yanğın olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.