Bakıda soyğunçuluq edən şəxs tutuldu

Avqustun 31-də gecə saatlarında Səbail rayonu ərazisində Gəncə şəhər sakininə zor tətbiq edilərək içərisində 300 manat olan pulqabısının və mobil telefonunun alınması barədə polisə məlumat daxil olub.  

 

DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Sultanov müəyyən olunaraq saxlanılıb. 

Faktal bağlı araşdırma aparılır.