Bakıda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 10-da gecə saatlarında rayon ərazisində bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər oğurluğa görə məhkum olunmuş 26 yaşlı E.Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.