Bakıda QULDURLUQ: kişini evinin qabağında döyüb qarət etdilər

Bakıda quldurluq hadisəsi olub.

Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Naməlum şəxs Mehdiyev Azər Ələkbər oğlunun yaşadığı evin qarşısında yumruqla üzünə zərbə vuraraq yerə yıxıb. Daha sonra 400 manat dəyərində olan "Redmi Not 12" markalı mobil telefonu, həmçinin 400 manatlıq "Huawei" markalı qol saatını götürərək qaçıb.

Bu barədə zərərçəkən polisə müraciətində bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı Babayev Anar Ağagül oğlu saxlanılıb.

Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi başlanıb./lent.az