Bakıda mobil telefonlar və pul oğurlanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt ərazisində iki nəfərin mobil telefonları və 500 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisələri törədən Rövşən Səfərov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır