Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.
Belə ki, avtoyuma məntəqəsinin işçisi ilə 30 yaşlı Əfqan İsmayılov mübahisə edib.
Mübahisə zamanı Ə.İsmayılov bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Fakt Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırılır.