BAKIDA ƏMƏLİYYAT: NARKOTACİRLƏR SAXLANILDI

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mərdəkan qəsəbə sakini B.Əsgərov saxlanılıb. Onun narkotik vasitələri gizlətdiyi evə baxış zamanı oradan 1,5 kiloqramdan artıq marixuana, 4 qramdan artıq heroin, 2 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Həmçinin Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini Ə.Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.