Oktyabrın 28-də saat 21 radələrində Xətai rayonunun Babək prospektində yerləşən avtoyuma məntəqələrinin birindən “KİA” markalı avtomobilin qaçırılması barədə 34-cü Polis Şöbəsinə məlumat daxil olub.
DİN-dən Stopnarkotik.az-a verilən məlumata əsasən, araşdırmalarla bu əməlin avtoyuma məntəqəsinin işçisi tərəfindən törədilməsi müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Mətləb Məmmədquliyev Quba rayonu ərazisində avtomobillə saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakıda maşın oğurlayan keçmiş məhkum Qubada saxlanıldı - RƏSMİ
