Bakıda gənc tələbəyə 20 sutka həbs cəzası verildi - SƏBƏB

Bakıda Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Kürdəmir sakini, 2004-cü il təvəllüdlü Asəf Yusifov (şərti) Xətai rayonu ərazisində polis tərəfindən saxlanılıb.

İttihama əsasən, o, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə və söyüşlə danışarkən saxlanılıb. Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib.

Barəsində Xətai RPİ-nin 34-cü Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilən tələbə məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib.