Bakının Nərimanov rayonunda bir nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sentyabrın 22-də axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində 2004-cü il təvəllüdlü Kənan Abdullayevə kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Ülvi Məmmədli polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.