Bakıda gənc oğlan bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az "report"a istinadən xəbər verir ki, Ramana qəsəbəsində 2000-ci il təvəllüdlü Qasımzada Dəmirxan Tofiq oğlu bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun və qarın nahiyəsindən 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. D.Qasımzadə əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.