Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb - DİN

Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasitə verilməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib.

Onun sözlərinə görə, görüntülərdə əks olunan şəxsin azyaşlıya narkotik maddə təklif etməsi iddiası əsassızdır: "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. Aşkar olunan faktlarla bağlı ictamaiyyətin məlumatlandırılması təmin edilir".