Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.
DİN-in Mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar:
"Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.
Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Hazırda təhqiqat araşdırmaları davam etdirilir".
****09:52
Sosial şəbəkələrdə Bakıda azyaşlı oğlanın yeniyetmələr tərəfindən döyülməsi ilə bağlı görüntülər yayılıb.
Kamera görüntülərindən aydın olur ki, hadisə iki gün əvvəl-avqustun 2-də qeydə alınıb.
Hələ ki, şəxsiyyətləri məlum olmayan iki şəxs mağazanın qarşısında oturan azyaşlıya şiddət göstərir, daha sonra telefonla çəkirlər. Videoda bildirilir ki, bundan sonra uşaq ağlaya-ağlaya evə gedərək hadisəni anasına danışıb və kameralar açdırılıb. Daha sonra 102 “Qaynar xətti”nə müraciət edilib.
Maraqlıdır ki, bütün bunlar insanların gözü qarşısında baş versə də, müdaxilə edən olmur. Yalnız sonda həmin azyaşlı məkandan uzaqlaşdırılır.
DİN-in Mətbuat xidmətindən bilidirilib ki, sözügedən hadisədən xəbərdardırlar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Təhlükəsizlik kamerasına düşmüş həmin görüntüləri təqdim edirik: