Bakıda asılmış kişi meyiti tapıldı

Bakıda 34 yaşlı oğlanın yarımtikilidə meyiti tapılıb.

Stopnarkotik.az xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən 3 mərtəbəli yarımtikilidə 1989-cu il təvəllüdlü Fariz Orucovun asılmış meyiti aşkar edilib.

Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.